İdman

Kompani "Mançester Siti"dən ayrılır - RƏSMİ

19 May 2019 14:01
0 Şərh     Baxış: 712

"Mançester Siti"nin futbolçusu Vensan Kompani klubdan ayrılır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, Kompaninin müqaviləsinin yenilənməyəcəyi və klubdan ayrılacağı bildirilib.

33 yaşlı müdafiəçi "Mançester Siti"nin Federasiya kubokunun (FA) finalında Watford-u 6:0 hesabıyla məğlub etdiyi matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

2008-ci ildən "Mançester Siti"də forma geyinən Kompaninin "şəhərlilər"lə müqaviləsi mövsümün sonuna qədər idi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.