İdman

"Bavariya" 7-ci dəfə çempionu oldu - VİDEO

19 May 2019 11:32
0 Şərh     Baxış: 510

"Bavariya" klubu ardıcıl 7-ci dəfə Almaniya çempionu olub.

Milli.Az-ın məlumatına görə, Münhen təmsilçisi buna son turda Frankfurt "Ayntraxt"ı üzərində 5:1 hesablı ev qələbəsi sayəsində nail olub. Qalib komandadan Kinqsli Koman (dəq. 4), David Alaba (dəq. 53), Renatu Sanşeş (dəq. 58), Frank Riberi (dəq. 72) və Aryen Robben (dəq. 78) fərqlənib. Məğlub klubun yeganə qolunu isə Sebastyan Aller (dəq. 50) vurub.

Bu qələbə sayəsində "Bavariya" xallarını 78-ə çatdıraraq, tarixində 29-cu dəfə Bundesliqanın qalibi olub. Son turda Mönhenqladbaxda adaşını 2:0 hesabı ilə yenən Dortmund "Borussiya"sı 76 xalla gümüş, 66 xala malik "Leyptsiq" isə bürünc medala yiyələnib. Bu 3 klub və 58 xalla 4-cü yeri tutan "Bayer" Çempionlar Liqasına vəsiqə qazanıb. Mönhenqladbax "Borussiya"sı (55 xal), "Volfsburq" (55 xal) və Frankfurt "Ayntraxt"ı (54 xal) isə Avropa Liqasında çıxış edəcək. Əvəzində "Hannover" (21 xal) və "Nürnberq" (dəq. 19) son 2 pilləni tutduqları üçün Bundesliqanı tərk ediblər.

Bombardir adını isə 22 qol vuran "Bavariya"nın hücumçusu Robert Levandovski qazanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.