İdman

Dani Alveş Premyer Liqaya keçə bilər

19 May 2019 11:04
0 Şərh     Baxış: 572

Cari mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Dani Alveşklubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi 36 yaşlı futbolçuya yeni - 1 illik müqavilə təklif edib. Amma Daninin bu təklifi qəbul etmədiyi, azı 2 illik müqavilə tələb etdiyi bildirilir.

Braziliyalı futbolçunun İngiltərə Premyer Liqasında çıxış etmək istədiyi və menecerinin bunun üçün danışıqlar apardığı deyilir.

2017-ci ildən Paris klubunun formasını geyinən Alveş, bu mövsüm iştirak etdiyi 30 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.