İdman

İtaliyalı gimnast: Azərbaycan komandasının çıxışı xoşuma gəldi

19 May 2019 01:09
Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan komandasının çıxışı xoşuma gəldi.

Milli.Az bildirir ki, bunu Trend-ə qrup hərəkətləri üzrə İtaliyanın gənclər komandasında çıxış edən Aleksandra Naklerio deyib.

A.Naklerio bildirib: "Bakıda Milli Gimnastika Arenasında biz güclü emosiyaları alırıq. Yarış zalı inanılmaz dərəcədə gözəldir, mən heç vaxt belə böyük arena görməmişəm. Tamaşaçıların dəstəyi çox hiss olunur".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.