İdman

Gürcüstanlı gimnast: "Bakıda Avropa Çempionatında rəqabət çox böyükdür"

19 May 2019 08:28
Baxış: 281

Bakıda bədii gimnastika üzrə beynəlxalq yarışların keçirilməsindən çox xoşum gəlir. Milli.Az bildirir ki, bunu Trend-ə gürcüstanlı gimnast Natella Bolatayeva deyib.

Gimnast bildirib: "Bu gün normal çıxış etdim, əlbəttə, bəzi səhvlərim oldu və onları gələcəkdə düzəltmək lazım olacaq. Hər şey yaxşı keçdi. Gələcəkdə bu cür səhvlərin təkrarlanmaması üçün işləyəcəyəm. Səhvlər həyəcan səbəbindən baş vermiş ola bilər. Deyə bilərəm ki, tamaşaçıların dəstəyi mənə çox kömək etdi".

N.Bolatayeva vurğulayıb ki, Bakıda Avropa Çempionatında rəqabət çox böyükdür və hər gimnast yaxşı hazırlaşıb.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.