İdman

İsrail idmançısı: Milli Gimnastika Arenasının zalı əladır

18 May 2019 19:48
Baxış: 523

Yarışların təşkili çox xoşuma gəlir, zal əladır, fikrimcə, Bakıda Dünya Çempionatı da gözəl keçəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İsrail gimnastı Nikol Zelikman deyib.

N.Zelikmanın sözlərinə görə, bu gün yarışlarda sakit və daha az emosiya ilə çıxış edib:

"Daha səliqəli olmağa qərar verdim ki, hərəkətləri "təmiz" yerinə yetirim".

Gimnast əlavə edib ki, Milli Gimnastika Arenasının tamaşaçıları əladır:

"Auditoriya hamını aktiv şəkildə dəstəkləyir, bu da idmançılara daha yaxşı çıxış etməkdə yardım edir. İsraildən nüməyəndələrin olması xoşdur".

İsrail təmsilçisinin sözlərinə görə, valideynləri bakılıdır:

"2014-cü ildə Bakıda olmuşam, valideynlərim mənə ekskursiya təşkil etdilər, bütün şəhərlə - yaşadıqları yer, gözəl məkanlarla məni tanış etdilər".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.