İdman

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO

18 May 2019 19:39
Baxış: 684

Bu gün Bakıda, Milli Gimnastika Arenasında komanda hesabında (qrup hərəkətləri proqramında çıxış edən böyük və gənclərin ümumi qiymətləndirilməsi) və qrup hərəkətləri proqramında çoxnövçülükdə qaliblərin və mükafatçlıların mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, komanda hesabında birinci yerdə Rusiya yığması (216.225 bal), ikinci yerdə Belarus yığması (206.000 bal), üçüncü yerdə isə Bolqarıstan yığması (202.075 bal) qərarlaşıblar.

Qaliblərə və mükafatçılara mükafatları Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov, Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin rəhbəri Mariya Petrova və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva təqdim ediblər.

Çoxnövçülükdə gənclər komandaları arasında qrup hərəkətləri proqramında (5 halqa və 5 lent) Rusiya komandası (44.925 bal) birinci yeri, Belarus komandası (42.050 bal) ikinci yeri, İtaliya komandası (41.350 bal) üçüncü yeri tutublar.

Qaliblərə medalları Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti Rudi Hediger, Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Marina Lobaç və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.