İdman

"Zidan mənim üçün böyük qardaşdır" - Benzema

18 May 2019 12:44
0 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın futbolçusu Kərim Benzema baş məşqçisi Zinəddin Zidanla münasibətlərindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı hücumçu "Marca"ya açıqlamasında həmyerlisi ilə bir ailənin üzvü kimi yaxın olduğunu bildirib:

"Bütün bunlar çoxdan başlayıb. Mən onunla hələ məşqçiliyə başlamamışdan əvvəl tanış idim. Münasibətlərimiz dostluqdan da artıqdır. O, mənim ailəmin bir üzvü kimidir. Zidan mənim üçün böyük qardaşdır. Mənə çox kömək edib".

Qeyd edək ki, Zidanan "Real"a qayıdışından sonra daha çox meydana çıxan Benzema bu mövsüm 52 oyuna 30 qol vurub, 11 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.