İdman

Luis Enrike İspaniya millisini başsız qoydu

18 May 2019 10:49
0 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya millisinin baş məşqçisi Luis Enrike yığmadakı işini dayandırıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının (İFF)nümayəndəsi Joze Fransisko Molina mətbuat konfransında məlumat verib.

İFF rəsmisi 49 yaşlı mütəxəssis ailəsindəki ciddi problemlər səbəbindən yığmaya diqqət ayıra bilmədiyini açıqlayıb. Molino Avro-2020-nin seçmə mərhələsində Farer adaları və İsveçlə matçlarda Enrikenin komandanın "sükanı arxası"nda olmayacağını vurğulayıb. Millini bu görüşlərə baş məşqçi köməkçisi Roberto Moreno çıxaracaq.

Qurum nümayəndəsibildirib ki, federasiya Enrikenin bu çətin dönəmində onun yanındadır və müqaviləyə sadiqdir.

Qeyd edək ki, İspaniya mətbuatı Enrikenin martın 26-dan yığmadakı işinə fasilə verdiyini, ailəsinin yanında olduğunu yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.