İdman

Fərhəd Bədəlbəyli: "Bədii gimnastika üzrə Avropa çempionatı gözəllik bayramıdır"

17 May 2019 23:12
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında 35-ci bədii gimnastika üzrə Avropa çempionatının açılışı həm xoreoqrafiya, həm də təşkil olunma baxımından çox effektli olub.

Milli.Az bildirir ki, bunu Trend-ə məşhur pianoçu, bəstəkar və Xalq artisti Fərhad Bədəlbəyli deyib.

F.Bədəlbəyli qeyd edib: "Sevindirici haldır ki, bizdə Bakıda bu cür möhtəşəm arena var və burada belə gözəllik, gənclik və idman bayramı keçirilir. Bədii gimnastika üzrə Avropa çempionatının həm xoreoqraiya baxımından, həm də təşkili baxımından möhtəşəm açılışına heyran oldum. Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün tədbirlər, Avropa Oyunları olsun, İslam Həmrəyliyi Oyunları və ya Avropa Çempionatı olsun, ən yüksək səviyyədə keçirilir".

Xalq artisti Azərbaycanda belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, vurğulayıb ki, burada uşaqlar idman, sənət və musiqiyə daha yaxın ola bilirlər:

"Gimnastika təkcə idman deyil, həm də bir sənətdir. Hər kəsi bu gözəl arenanı tez-tez ziyarət etməyə çağırıram".

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.