İdman

Tamaşaçı: "Bakıda bədii gimnastika üzrə Avropa çempionatını böyük maraqla izləyirik"

17 May 2019 21:41
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının açılış mərasimi o qədər möhtəşəm idi ki, podiumdan gözlərimizi çəkə bilmirdik.

Milli.Az bildirir ki, bunu Trend-ə tamaşaçı Ramilə Həsənli deyib.

"Yarışları izləmək üçün tez-tez Milli Gimnastika Arenasına gəlirik. Qızım bədii gimnastika ilə məşğul olur və buna görə də 4 yaşından onu buraya gətirirəm. Bu, qızımı daha çox məşq etməyə həvəsləndirir. Məşhur gimnastları, onların mürəkkəb elementləri necə yerinə yetirdiklərini izləyir, və özü də daha yaxşı nəticələr göstərir".

R.Həsənli Avropa çempionatının gözəl getdiyi qeyd edib:

"Yarışları əvvəldən sona qədər böyük maraqla izləyirik".

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.