İdman

Estoniya gimnastı: "Bu cür dəstək və alqışlarla xalçaya çıxmaq çox gözəldir"

17 May 2019 20:27
Baxış: 235

Bu cür dəstək və alqışlarla xalçaya çıxmaq çox gözəldir.

Milli.Az bildirir ki, bunu Trend-ə estoniyalı gimnast Viktoriya Boqdanova deyib.

O xatırladıb ki, bir neçə həftə əvvəl həmin zalda Dünya Kubokunda iştirak edib:

"Ona görə də çıxış etmək çox asandır. Mühit artıq mənə tanışdır. Topla hərəkətlərdə daha yaxşı çıxış etdim. Halqa ilə isə bir kiçik səhvə yol verdim. Sabah lent və gürzlərlə hərəkətlərdə çıxış edəcəyəm".

Gimnast qeyd edib ki, tamaşaçılar hər bir gimnastı dəstəkləyir.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.