İdman

Azərbaycan gimnastı Zöhrə Ağamirova bədii gimnastika üzrə Avropa çempionatında halqa ilə hərəkətlərdə finala çıxıb

17 May 2019 18:21
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gimnastı Zöhrə Ağamirova bədii gimnastika üzrə Avropa çempionatında halqa ilə hərəkətlərdə finala çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, gimnast 20.050 xal yığıb.

Ondan başqa finala Dina Averina (Rusiya, 22.300 xal), Boryana Kaleyn (Bolqarıstan, 21.650 xal), Yekaterina Qalkina (Belarus, 21.400 xal), Anastasiya Salos (Belarus, 21.250 xal), Nikol Zelikman (İsrail, 21.050 xal), Vlada Nikolçenko (Ukrayna, 20.700 xal), Nevyana Vladinova (Bolqarıstan, 20.050) çıxıblar.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.