İdman

Sloveniya gimnastı: "Bakının bu dərəcədə gözəl olacağını gözləmirdik"

17 May 2019 18:01
Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında gözəl məşq və yarış zonaları var.

Milli.Az bildirir ki, bunu Trend-ə Sloveniya gimnastı Yekaterina Vedeneyeva deyib.

O bildirib ki, Bakıda keçirilən Avropa çempionatı çox gözəl təşkil olunub.

Öz çıxışı barədə danışan gimnast bildirib ki, bəzi səhvlər etsə də, ümumilikdə çıxışdan razı qalıb.

Y.Vedeneyeva bildirib ki, yarışdan bir həftə əvvəl Bakıda təlim-məşq toplanışında olub:

"Bakının bu dərəcədə gözəl olacağını gözləmirdik".

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.