İdman

İsrailli məşqçi: "Bakı Milli Gimnastika Arenası dünyada ən yaxşı arenadır"

17 May 2019 15:57
Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Milli Gimnastika Arenası dünyada ən yaxşı arenadır.

Milli.Az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə İsrail milli komandasının baş məşqçisi Ayelet Zussman deyib.

Məşqçi Bakını çox bəyəndiklərini bildirib:

"Hər dəfə biz buraya gələndə, sanki evə gəldiyimizi düşünürük, çünki burada çox vaxt keçiririk. Biz bir ay əvvəl məşqə gəlmişdik, bir neçə həftə əvvəl isə Dünya Kubokunda iştirak etmişdik".

O bildirib ki, bədii gimnastika üzrə 35-ci Avropa çempionatının yaxşı keçəcəyinə ümid edir.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.