İdman

Avropa çempionatında finalçılar müəyyənləşdi

17 May 2019 19:04
0 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatında finalçılar bəlli olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, AÇ-2019-un həlledici görüşündə Hollandiya və İtaliya yığmaları üz-üzə gələcək.

Hollandiyanın U-17 millisi yarımfinal mərhələsində İspaniyanı (1:0), İtaliya isə Fransanı məğlub edib (2:1).

Hollandiya və İtaliya milliləri arasında final matçı mayın 19-da, İrlandiyanın paytaxtı Dublin şəhərində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.