İdman

İngiltərənin məşhur klubunu terrorçunun ailəsi maliyyələşdirib

16 May 2019 23:41
0 Şərh     Baxış: 1 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Qaidə" terror təşkilatının keçmiş başçısı Usama ben Ladenin ailə üzvlərindən biri İngiltərənin "Şeffild Yunayted" futbol klubunun maliyyələşməsinə kömək edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Şeffild" terrorçunun ailəsindən 3,5 milyon funt vəsait alıb. Bu fakt biznesmen Kevin Makkeybin klubunda hissələrin satışı məsələsi ilə bağlı məhkəmə prosesi zamanı üzə çıxıb. "Şeffild" üzərində tam nəzarəti ələ almaq istəyən Səudiyyə Ərəbistanı şahzadəsi Abdullanın nümayəndəsi bildirib ki, Makkeyb klubun maliyyə mənbəyi haqda məlumatı əvvəlcədən çox gözəl bilirmiş. Həmin vəsait 2018-ci ildə klubun borclarının ödənilməsi üçün ayrılıb.

Makkeyb isə bu ittihamı inkar edib.

Qeyd edək ki, "Şeffild Yunayted" 2018-2019-cu il Çempionatında ikinci yeri tutaraq İngiltərə Premyer Liqasına çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.