İdman

Premyer Liqada ümidləri doğrultmayan heyət - FOTO

16 May 2019 20:00
0 Şərh     Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 2018/2019 mövsümü "Mançester Siti" və "Liverpul" arasında tarixə keçən zirvə yarışı ilə bərabər "Çelsi", "Tottenhem", "Arsenal" və "Mançester Yunayted" komandaları arasında da ciddi bir Çempionlar Liqası mübarizəsi ilə yadda qaldı.

Milli.Az xəbər verir ki, bəzi oyunçular üçün mövsümun çox uğurlu keçməsinə baxmayaraq, bir sıra futbolçu gözləniləni doğrultmadı.

Premyer Liqada xəyal qırıqlığı yaradan 11 futbolçunu sizə təqdim edirik.

11. David de Xea ("MY"). Dünyanın ən yaxşı qapıçılarından biri olsa da, ispaniyalı qapıçı üçün cari mövsüm kabus kimi keçdi. Xüsusilə mövsümün ikinci yarısında performansında ciddi dünüş yaşanan De Xea etdiyi səhvlərlə azarkeşləri olduqca təəccübləndirdi. İspaniya millisinin 1 nömrəsi bu mövsüm qolla nəticələnən tam 4 səhv buraxıb.

10. Markos Alonso ("Çelsi"). Çelsidə bu mövsüm Eden Azar xaricində bir çox futbolçu tənqid olundu, amma gözlənilənləri qarşılamayan bir nömrəli isim Markos Alonsodur. Xüsusilə böyük oyunlarda yoxa çıxan sol cinah yaxşı başladığı mövsümdə davamlı düşüşə keçdi.

9. Şkodran Mustafi ("Arsenal"). Düşüş və qalxışlarla dolu bir mövsümü geridə qoyan "Arsenal"da ən çox tənqid olunan mövqe müdafiə oldu. 30 matçda meydana çıxan Mustafi dağınıq çıxışı ilə azrakeşlərə üsyan elətdirirdi. "Tottenhem" və "Kristal Pelas" ilə olan oyunlarda etdiyi səhvlərlə itkilərə səbəb olan alman futbolçunun növbəti mövsüm komandadan ayrılması sürpriz olmayacaq.

8. Yerri Mina ("Everton"). Evertonun kolumbiyalı yarımmüdafiəçisi Yerri Mina DÇ-nin ardından ən yaxşı transferlərdən biri ola bilərdi, amma olmadı. İngilislərin tam 30 milyon avro təzminat ödədiyi mərkəz müdafiəçisi uzun sürən zədələr səbəbilə cəmi 12 matçda forma geyindi. Oynadığı "Brayton", "Liverpul" və "Nyukasl Yunayted" matçları da meydanda rahat olmadığı görünən Minanın ən böyük xəyal qırıqlıqlarından biri olduğu rahatlıqla söylənə bilər.

7. Kiran Trippyer ("Tottenhem"). Dünya çempionatında İngiltərənin Xorvatiyanı məğlub etdiyi yarımfinal oyununda mükəmməl qola imza atan və ən sevilən oyunçulardan biri halına gələn Trippyer "Tottenhem"də isə heç cür sabitliyi təmin edə bilmədi. Müdafiədə etdiyi səhvlərlə gözə çarpan ingilis oyunçu asist, top daşıma, qayda pozuntusu göstəricilərində ötən mövsümə nisbətdə daha pis statistikaya imza atdı. O biri yandan "Çelsi" ilə oyunda öz qapısına vurduğu qol da heç ona yaraşmadı.

6. Mateo Kovaçiç ("Çelsi"). "Çelsi"də "Sarri sistemi"nin ən çox tənqid olunan parçalarından biri, sözsüz ki, Jorjinyodur. Diqqətçəkən bir qatqı etmədiyi üçün tənqidə məruz qalan Jorjinyo yenə də "Sarri sistemi"nin tələblərini yerinə yetirirdisə, üzərinə düşən vəzifəni yerinə yetirməyən əsl isim Mateo Kovaçiç oldu. Bu mövsüm Premyer Liqada 21 matçda çıxış edən Kovaçiç getdikcə yerini Ross Barkliyə uduzdu. Qol vurmayan, sadəcə, 2 asistlə yadda qalan Kovaçiçin meydanda təsiri "yox" deyiləcək qədər az oldu.

5. Erik Dayer ("Tottenhem"). "Tottenhem"in oktyabr ayında "Kardiff Siti" və dekabr ayında "Arsenal" ilə oynadığı matçlarda qollar vurdu, amma mövsüm boyu zədələr və xəstəliklər Dayerin irəliləməsinə mane oldu. 2019-dan etibarən tamamilə yox oldu və yalnız son zamanlarda əlinə şans düşdü. Hazır görünməyən ingilis yarımmüdafiəçinin, demək olar ki, ciddi bir hazırlığa ehtiyacı var.

4. Məsud Özil ("Arsenal"). İngiltərədə bu mövsüm Məsud Özildən daha çox tənqid olunan bir oyunçu yoxdur, haqsız da sayılmazlar. Özil üçün mövsüm, sözün həqiqi mənasında, "qorxunc" keçdi. Vaxtında dünyanın ən yaxşı futbolçuları sırasında göstərilən Məsud üçün 5 qol və 2 asist ilə mövsümü tamamlamaq heç cür qəbul edilə bilməz. Bununla yanaşı mövsümü 11 dəqiq zərbə ilə tamamlaması gözardı olunmamalıdır. Emerinin də etibarını itirən Məsudun yaddaşında bu mövsüm pis xatirə kimi qalacaq.

3. Aleksis Sançes ("MY"). Liqanın ən çox (həftəlik 400 min avro) qazanan futbolçusu olan Aleksis Sançes bu mövsüm, sadəcə, 9 oyunda start heyətdə yer ala bildi. Hər kəs "Yunayted"in keçirdiyi bərbad mövsüm üçün Poqbanı günahlandırır, amma fransız oyunçunun yaxşı oynadığı dönəm var ikən, Aleksisin sezonu tamamən bərbad oldu. Artıq Aleksis "Premyer Liqanın ən pis transferləri" siyahısına doğru sürətli addımlarla irəliləyir.

2. Əlirıza Cahanbəxş ("Brayton"). "Brayton" mövsüm boyu qol vurmaqda çətinlik çəkdi, sadəcə, 34 dəfə toru silkəyə bildi. Aşağı liqaya düşməyən komandalar arasında ən pis performans "Brayton"a məxsusdur. Bunda iranlı futbolçunun da payı az deyil. Cahanbəxş 18 matçda 0 qol və 1 asist ilə yadda qaldı.

1. Riyad Mahrez ("MS"). "Mançester Siti"nin yay aylarında etdiyi ən önəmli transfer olaraq önə çıxan Mahrez mövsüm boyunca diqqətdən kənarda qaldı. Sadəcə, 13 matçda meydana çıxan yarımmüdafiəçi Qvardiolanın da planlarında prioritet olmağı bacarmadı. Rahim Sterlinq, Bernardu Silva və Leroy Sanenin kölgəsində qalan Mahrezdən gözlənilən çıxışın bu olmadığını əminliklə söyləmək olar.

Əliş Abdulla
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.