İdman

"Qarabağ" "Ayax"la qarşılaşa bilər

16 May 2019 18:45
0 Şərh     Baxış: 795

2019/2020-ci illər mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyənləşib.

Bu, "Valletta"nın səbətinin dəqiqləşməsi ilə baş verib. Malta çempionu səpələnməmişlər səbətində yer alacağı üçün "Qarabağ"ın potensial rəqibləri sırasındadır. Bu siyahıya daha 6 klub əlavə ediləcək:

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Valletta (Malta), CFR Cluj (Rumıniya), Ferencvaros (Macarstan), Nomme Kalju (Estoniya), Partizani (Albaniya), Valur (İslandiya), Linfield (Şimali İrlandiya), Torshavn (Farer adaları), Riga (Latviya), Saburtalo (Gürcüstan).

Ağdam klubu II təsnifat mərhələsinə yüksəlsə, yenə səpələnmişlər sırasında yer alacaq.

III mərhələdə isə "Qarabağ" böyük ehtimalla səpələnməmişlər səbətində yer alacaq. Əks halın baş verməməsi üçün I və II təsnifat mərhələsində çoxlu sürprizlər yaşanmalıdır. III mərhələdə səpələnmişlər sırasında yer alıb, rəqiblərini gözləyən ilk komanda da bəllidir. Bu, Çempionlar Liqasında son mövsümün yarımfinalçısı, ötən gün Hollandiyada çempionluğunu rəsmiləşdirən "Ayax"dır. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.