İdman

"Real Madrid"dən növbəti transfer

16 May 2019 19:06
0 Şərh     Baxış: 856

"Eintracht"ın hücumçusu Luka Yoviçin karyerasını "Real Madrid"də davam etdirəcəyi dəqiqləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, Madrid təmsilçisi həm futbolçunun özü, həm də klubu ilə hərtərəfli anlaşıb. Transferin rəsmən açıqlanması isə Bundesliqanın son turuna görə yubanır. "Eintracht"la "Bayern"in mayın 18-də keçiriləcək qarşılaşmasından sonra - gələn həftə transfer bəyan ediləcək. Bu keçid ispanlara 60 milyon avroya başa gələcək. Bunun 48 milyonu "Eintracht"a, 12 milyonu isə serbiyalı forvardın keçmiş klubu "Benfica"ya çatacaq.

Qeyd edək ki, Luka Yoviç bu mövsüm Bundesliqada meydana çıxdığı 31 oyunda 17 qol vurub, 5 assist edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.