İdman

"Ancaq Messiyə pas verəcəm" - De Yonq

16 May 2019 19:36
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay transfer pəncərəsində "Barselona"ya keçəcəyi dəqiqləşən "Ayaks"ın yarımmüdafiəçisi Frenki De Yonq Kataloniya klubunun lideri Lionel Messidən danışıb.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, argentinalı superulduzla görüşmək üçün səbirsizləndiyini söyləyən 22 yaşlı futbolçu oyun üslubunu dəyişməyəcəyini də bildirib:

"Məşqdə Lionel Messini görmək üçün səbirsizlənirəm. Düşünürəm ki, bütün pasları ona verəcəyəm (gülür). Oyun üslubumu dəyişməyə hazırlaşmıram. Mənə maraqlı olan necə oynamağımdır. Dünyanın ən yaxşı futbolçularından yeni nələr öyrənəcəyimi səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, "Baraselona" hollandiyalı oyunçu üçün "Ayaks"a 75 milyon avro təzminat ödəyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.