İdman

Jurnalisti dodağından öpən idmançıya hökm oxundu

15 May 2019 20:04
0 Şərh     Baxış: 2 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstanlı boksçu Kubrat Pulev pul cəriməsinə məruz qalıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, buna səbəb onun qadın jurnalisti dodağından öpməsi olub.

Məsələ burasındadı ki, ABŞ-da keçirilən bir döyüşdən sonra Cennifer Ravaloya müsahibə verən boksçu gözlənilmədən onu öpüb. İdmançı bu hərəkətinə görə, məhkəmə qarşısına çıxıb. Pulev jurnalistin bu durumdan narazı qalmadığını və həmin anda onun kürəyindən tutduğunu söyləyərək, özünü müdafiə edib.

Buna baxmayaraq, Kaliforniya Atletika Komissiyası peşəkar boksçunu 2500 dollar məbləğində cərimələyib. Bununla yanaşı, komissiya Pulevi təcavüzə qarşı təlim kurslarına cəlb edib.

38 yaşlı Avropa çempionu hərəkətini təkrarlayacağı təqdirdə, ömürlük diskvalifikasiya olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.