İdman

“Arsenal” UEFA və Azərbaycandan nə istəyib? - Mxitaryan məsələsi

15 May 2019 19:14
2 Şərh     Baxış: 1 274

Yaxın 24 saat ərzində UEFA erməni futbolçu Henrix Mxitaryanın Bakıya mümkün səfəri zamanı təhlükəsizliyinin hansı səviyyədə qorunacağı ilə əlaqədar "Arsenal" klubunun müraciətinə cavab verəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın "Evening Standard" nəşri məlumat yayıb.

Bildirilib ki, Azərbaycana viza alması üçün Mxitaryana xüsusi razılıq veriləcək. Bununla belə, "Arsenal" futbolçunun təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görülməsini xahiş edib.

"Arsenal"la UEFA arasında danışıqlar davam edir. Adətən, London klubu səfər matçlarına öz mühafizəçiləri ilə yollanır. Amma bu dəfə "Arsenal" komandanın Bakı səfəri zamanı və futbolçuların  qalacağı otelin ətrafında mühafizənin gücləndirilməsi üçün əlavə asayiş keşikçilərinin olmasını istəyib. Bu, Mxitaryanın sərbəst hərəkət etməsi üçün edilib".

Qeyd edək ki, bir müddət əvvəl "Arsenal" bəyanat yayaraq bildirib ki, futbolçularının təhlükəsizliyi onlar üçün birnömrəli əhəmiyyət daşıyır. "Biz Henrix Mxitaryanın Bakıda təhlükəsizliyi üçün UEFA-dan təminat istəyirik. Bu, futbolçunun komandanın sifariş ərizəsinə salınması baxımından vacibdir. Bizə lazım olan təminatı hələ almamışıq. Ümid edirik ki, UEFA yaxın günlərdə bu təminatı bizə verəcək. Biz final üçün seçilən yerə görə Mxitaryanın həlledici qarşılaşmanı buraxa biləcəyindən narahatıq".

AFFA, Azərbaycanın Gənclər və İdman Nazirliyi isə Mxitaryan da daxil olmaqla finalın bütün iştirakçılarının təhlükəsizliyinə təminat verib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Roya · 15 May 20:4640

    Birinci defe deyil ki,ermeni idmançı Azerbaycana gelir.Tülkü kimidir ermeniler indi haray-heşir salıb ki,ay men qorxuram.Diqqetleri öz üzerlerine çekmeyi xoşlayırlar.

    Cavab yaz
  • Anonim
    Abbas · 15 May 22:3700

    Gelin indiden ona tuman alaq mence lazim olacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.