İdman

Nazir ayağı qırılan futbolçunu ziyarət etdi - FOTO

15 May 2019 17:11
1 Şərh     Baxış: 847

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Super Liqanın 32-ci turunda keçirilən "Rizəspor"la qarşılaşmada (3:2) ayağı qırılaraq, əməliyyat olunan "Qalatasaray"ın futbolçusu Əmrə Akbabanı ziyarət edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Əmrənin əməliyyat olunduğu xəstəxanaya baş çəkən nazir, futbolçunun vəziyyəti ilə maraqlanıb. Eyni zamanda, "Alanyaspor"un fəxri prezidenti olan Çavuşoğlu, əvvəllər bu klubda oynamış Akbabaya, "hələ gəncsən, daha tez sağalarsan" deyərək, dəstək olub.

Əməliyyatdan sonra ilk dəfə açıqlama verən Akbaba, bunları deyib:

"Acımı paylaşan hər kəsə təşəkkür edirəm. Uğurlu əməliyyatdan sonrakı çox əhəmiyyətli dövr başladı. Dayanmaq yoxdur, hamınızı sevirəm".

Ayaq biləyi qırılan futbolçu uzun müddət yaşıl meydanlardan kənar qalacaq. Onun növbəti mövsümdə forma geyinə bilməyəcəyi bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tənqidçi · 16 May 18:3700

    Axşam məndə oyuna baxdım 3-1 Qalatasaray qalib gəldi...amma siz 3-2 yazmısız...2 hardan gəldi???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.