İdman

İran millisinin yeni baş məşqçisi müəyyənləşdi

15 May 2019 17:43
0 Şərh     Baxış: 741

Futbol üzrə İran millisini çalışdıracaq yeni baş məşqçinin adı məlum olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, yığmanın "sükan"ı Mark Vilmotsa tapşırılacaq. Bu barədə İran mətbuatı məlumat yayıb. Vilmotsla müddəti DÇ-2022-nin sonuna qədər olan müqavilə imzalanacaq.

2012-2016-cı illərdə Belçika millisinə rəhbərlik edən Vilmotsun son iş yeri Fil Dişi Sahili yığması olub. Belçikalı mütəxəssis 2017-ci ilin noyabrından işsizdir.

İran millisini son olaraq Karluş Keyruş çalışdırıb. O, DÇ-2018-dən sonra baş məşqçi postundan ayrılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.