"Mançester Siti"nin futbolçusu Serxio Aquero yeni Argentina millisinə çağırılacaq.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Lionel Skolani 30 yaşlı hücumçunu Amerika kubokunun oyunları üçün yığmağa dəvət etməyə qərar verib.
Qeyd edək ki, S.Aquero DÇ-2018-dən sonra yığmaya çağırılmırdı.
Əlavə edək ki, Amerika kuboku 14 iyun - 7 iyul tarixlərində Braziliyada keçiriləcək.
Milli.Az