İdman

Azərbaycan Premyer Liqasında mövsümün son cəzaları

14 May 2019 19:24
0 Şərh     Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

"Səbail" - "Keşlə" matçında "Səbail"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində "Keşlə"nin futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

"Sumqayıt" - "Qəbələ" matçında "Qəbələ"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

"Neftçi" - "Qarabağ" matçında "Qarabağ"ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.