İdman

Sulşerin maaşı bəlli oldu - Klopp, Emeri və Sarridən çox qazanacaq

14 May 2019 17:59
0 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Joze Mourinyonun istefaya göndərilməsindən sonra "Mançester Yunayted"in baş məşqçi postuna təyin olunan Ole-Qunnar Sulşerin məvacibi bəlli olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"la üç illik müqavilə bağlayan norveçli mütəxəssis, illik 7,5 milyon funt-sterlinq məvacib alacaq.

Bu məvaciblə o, "Liverpul"un, "Arsenal"ın və "Çelsi"nin baş məşqçilərindən çox qazanacaq. Belə ki, Yurgen Klopp illik 7 milyon, Unay Emeri 6 milyon, Mauritsio Sarri isə 5,15 milyon avro qazanır.

Premyer Liqada ən yüksək ödənişli mütəxəssis isə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardioladır. "Şəhəlilər"i çalışdıran ispan mütəxəssis illik 15 milyon funt-sterlinq qazanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.