İdman

"Fənərbağça"nın futbolçusu İspaniyaya dönür

14 May 2019 12:25
0 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"nın ispaniyalı hücumçusu Roberto Soldado yayda ölkəsinə dönəcək.

Milli.Az xəbər verir ki, 33 yaşlı forvard bu mövsüm La Liqada uğurlu çıxışı ilə diqqət çəkən "Xetafe"yə transfer olacaq. İspaniya millisinin sabiq üzvü 2 illik müqaviləyə razılaşıb.

Soldado 2017-ci ildən "Fənərbağça"da çıxış edir. O, İstanbul klubunda 58 oyuna 19 qol vurub, 10 assist edib. İspaniyalı hücumçu 2008-2010-cu illərdə "Xetafe"də çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.