İdman

Çinlilərdən Beylə fantastik təklif

14 May 2019 11:54
0 Şərh     Baxış: 1 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın futbolçusu Qaret Beyl sürpriz təklif alıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Çin klubu uelsli vingerin xidmətində maraqlıdı.

Adı açıqlanmayan komanda bunun üçün qarşı tərəfə astronomik məbləğ təklif edib. Belə ki, çinlilər "Real"a 120 milyon avro verməyə razıdı. Beylin özünə isə ilinə 30 milyon avroluq maaş təklifi olub. Futbolçunun xidmətində maraqlı olan digər komandalar "Tottenhem" və "Mançester Yunayted"in təklifi isə 80 milyon avrodu.

Qeyd edək ki, Qaret Beyl bu mövsüm La Liqada 8 qol, 3 assistlə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.