İdman

"Mançester Siti"yə şok - Avrokuboklardan kənarlaşdırıla bilər

14 May 2019 11:13
0 Şərh     Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın Maliyyə Feyr-Pleyi üzrə İstintaq Palatası "Mançester Siti"ni avrokuboklardan kənarlaşdıra bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qurum rəhbərliyi İngiltərə klubunun maliyyə pozuntularına yol verdiyini hesab etdiyi üçün diskvalifikasiya etməyi planlaşdırır. İstintaq palatasının başçısı İv Letermin "Siti"ni ən az bir mövsüm müddətinə avrokuboklardan kənarlaşdırmağı istədiyi vurğulanır.

Bildirilir ki, Mançester təmsilçisi 2014-cü ildə maliyyə feyr-pley qaydalarını pozmaqda və sponsorluq müqavilələrinin həcmi barədə yanlış məlumatlar verməkdə günahlandırılır. UEFA həmin vaxt klubu 49 milyon funt-sterlinq  məbləğində cərimələnmişdi.

Qeyd olunur ki, İv Letermin başçılığı ilə müstəqil ekspertlər qrupu apreldə İsveçrədə "Mançester Siti" nümayəndələri ilə görüşüb, ancaq inandırıcı izahatlar almayıb.

Amm klub bütün ittihamları rədd edib.

Qeyd edək ki, "Mançester Siti"  2018/2019 mövsümündə İngiltərə çempionu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.