İdman

3 futbolçunun Valverde ilə dostluğu "Barselona"da narazılıq yaratdı

13 May 2019 20:44
6 Şərh     Baxış: 2 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın düşərgəsində gərginlik hökm sürür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın futbolçuları "Barselona"dakı durumdan narazıdırlar. "Marca"nın iddiasına görə, komandanın 3 futbolçusu - Messi, Suares və Pike baş məşqçi Ernesto Valverde elə dostluq edirlər.

Bu dostluq digər futbolçuları qane etmir. Onlar hesab edirlər ki, baş məşqçinin bu üç futbolçu ilə həddindən artıq yaxın olması komandanın idarə edilməsinə mənfi təsir göstərir.

Narazı futbolçular bildirirlər ki, bu dostluq ucbatından Valverde heyəti optimal şəkildə formalaşdıra və düşərgədə normal ab-hava yarada bilmir.

Valverde "Barselona"ya 2017-ci ildən başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.