İdman

Rakitiç "Barsa"dan gedir? - AÇIQLAMA

13 May 2019 15:58
6 Şərh     Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç transfer xəbərlərinə münasibət bildirib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Xorvatiya millisinin üzvü Kataloniya klubundan ayrılmaq fikrində deyil.

O, İnstaqram hesabı vasitəsilə yayılan söz-söhbətləri təkzib edib: "Mümkündüsə, bu dedi-qodulara son qoyun. Belədə minnətdar olaram. "Barselona"nın oyunlarına və qələbələrinə köklənirəm. Hələ uzun illər bu klubda qalmağı düşünürəm".

Qeyd edək ki, 31 yaşlı orta sahə oyunçusunun mövsümün sonunda 50-60 milyon avro qarşılığında "İnter"ə keçəcəyi iddia edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.