İdman

Ronaldu rəqib oyunçunu ələ saldı - VİDEO

13 May 2019 14:55
2 Şərh     Baxış: 1 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A seriyasının 36-cı turunun matçında "Roma"nın müdafiəçisi Alessandro Florensi ilə "Yuventus"un hücumçusu Kriştianu Ronaldu arasında qarşıdurma yaranıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, görüşün 59-cu dəqiqəsində yaşanan mübahisə zamanı portuqaliyalı hücumçu jestlə rəqibinin susmasına işarə edib. Ronaldu rəqibini onun boyunun kiçik olması ilə ələ salıb.

Qeyd edək ki, portuqaliyalı italiyalı rəqibindən 14 santimetr ucadır. Ronaldonun boyu 187 santimetr, Florensinin boyu isə 173 santimetrdir.

"Roma" - "Yuventus" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.