İdman

Azərbaycan güləşçiləri Ukraynadan 6 medalla qayıdırlar

13 May 2019 10:26
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin tanınmış güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən beynəlxalq turnirə yekun vurulub.

Milli.Az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan yığması 4 medal qazanıb. 

Sakit Quliyev (60 kq) gümüş, Murad Bazarov (60 kq), Kərim Cəfərov və Elman Muxtarov (hər ikisi 67 kq) isə bürünc medalın sahibi olub. 

Bununla da millimizin qazandığı medalların sayı 6-ya çatıb. Belə ki, daha öncə Sənan Süleymanov (72 kq) qızıl, Zamir Məhəmmədov (97 kq) isə bürünc medal əldə etmişdi.

Xatırladaq ki, Memorialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.