İdman

""Liverpul"u keçəcəyimizi gözləmirdim" - Qvardiola

11 May 2019 15:26
2 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının sonuncu turunda mayın 12-i keçiriləcək "Brayton"la oyun öncəsi fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, "Liverpul"dan 7 xal geri olduqları zaman çempionluq yarışına qayıdacağını gözləmədiyini etiraf edib: "Lider olmaq istəyirdik. Ancaq "Liverpul"dan 7 xal geridə olanda daha bunu gözləmirdim. Arzumuzu gerçəkləşdirdik. Bir çox şeyi sübut etdik və indi deyə bilərik ki, çempion olmaq şansımız var".

Qeyd edək ki, hazırda 95 xalla lider olan "Mançester Siti" ikinci pillədəki "Liverpul"u 1 xal qabaqlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.