Topaz Premyer Liqasının sonuncu - 28-ci turu çərçivəsində "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Milli.Az xəbər verir ki, mayın 11-i, saat 18:00-da "Bakcell Arena"da keçiriləcək oyunun biletləri satışa çıxarılıb. Qiymət bütün sektorlara 50 AZN təşkil edir.
Qeyd edək ki, 27 turdan sonra 63 xalı olan "Qarabağ" çempionluğu rəsmiləşdirib. 58 xal toplayan "Neftçi" gümüş, 41 xallı "Səbail" isə bürünc medalları təmin edib. Çempionatın mükafatlandırma mərasimi "Neftçi" - "Qarabağ" matçı bitdikdən sonra "Bakcell Arena"da baş tutacaq.
Milli.Az