İdman

Neymarın yumruğunun cəzası 3 oyun oldu

10 May 2019 20:45
0 Şərh     Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin Fransa kubokunun finalında "Renn"ə məğlub olduğu oyundan sonra onu tənqid edən azarkeşi yumruqla vuran Neymar cəzalandırılıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası braziliyalı hücumçuya 3 oyunluq cəza verib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

İkisi şərti olmaqla, ümumilikdə 5 oyunluq cəzalanan Neymar, PSJ-nin növbəti 3 oyununda komandasına kömək edə bilməyəcək. O, Liqa 1-in son iki turunda və Fransa superkubokunun "Renn"lə matçında cəza səbəbindən olmayacaq.

PSJ - "Renn" matçı avqustun 3-də keçiriləcək.

"Renn" - PSJ matçının əsas vaxtı 2:2 hesabıyla bitib. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyinə görə, qalib penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Renn" qələbə qazanaraq, ölkə kubokuna sahib çıxıb.

PSJ-li futbolçular mükafatlandırma mərasiminə gedərkən, bir azarkeş Neymara "futbol oynamağı öyrən" deyib. Buna qəzəblənən braziliyalı futbolçu, azarkeşi yumruqla vurub və ordan uzaqlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.