İdman

Avropa Liqası - Bakıya gələcək komandalar müəyyənləşir

9 May 2019 09:48
0 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçiriləcək iki cavab oyunu ilə Bakıda oynanılacaq finalın iştirakçıları müəyyənləşəcək.

"Arsenal" İspaniyada "Valensiya"nın qonağı olacaq. Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "topçular" üstünlüyə malikdir. 

Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda "Ayntraxt"ı qəbul edəcək. Frankfurtdakı görüşdə qeydə alınan  1:1 hesabı "zadəganlar"a nisbətən üstünlük qazandırır.

Xatırladaq ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

9 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

23:00. "Valensiya" (İspaniya) - "Arsenal" (İngiltərə)
İlk oyun - 1:3

23:00. "Çelsi" (İngiltərə) - "Ayntraxt" (Almaniya)
İlk oyun - 1:1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.