İdman

"Real"dan Mbappe üçün fantastik təklif

8 May 2019 18:24
4 Şərh     Baxış: 1 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni mövsümdə iştirak etdiyi bütün turnirlərdə uğur qazanmaı hədəfləyən "Real" PSJ-nin ulduzu Kilian Mbappeyə təklif göndərməyə hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "kral klubu" fransız hücumçu üçün parislilərlə 280 milyon avro verməyə hazırdır. Əgər keçid gerçəkləşərsə, bu, futbol tarixində bir oyunçu üçün ödənilən ən yüksək təzminat məbləği olacaq. Hələlik bu rekord 2 il öncə "Barselona"dan 222 milyon avro qarşılığında PSJ-yə transfer olunan Neymara məxsusdur.

Qeyd edək ki, "Real"ın Mbappe ilə yanaşı, Neymar, Eden Hazard, Pol Poqba və Kristian Eriksen kimi futbolçularla damaraqlandığı iddia olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.