İdman

Premyer Liqada mövsümün baş məşqçisi və futbolçusu adına namizədlər

8 May 2019 15:40
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər açıqlanıb.

Milli.Az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı baş məşqçi adına Pep Qvardiola ("Mançester Siti"), Yurgen Klopp ("Liverpul"), Nunu Eşpiritu Santu ("Vulverhempton") və Mauriso Poçettino ("Tottenhem") namizəddir.

Serxio Aquero, Rahim Sterlinq, Bernardu Silva (hamısı ("Mançester Siti"), Vircil Van Dayk, Sadio Mane, Məhəmməd Salah (hamısı "Liverpul") və Eden Hazard ("Çelsi") mövsümün ən yaxşı futbolçusu adına namizəd göstərilib.

Azarkeşlər Premyer Liqanın rəsmi saytında səs verməklə qalibi seçəcək.

Qaliblərin adı mayın 14-də açıqlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.