İdman

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir - "Ayaks", yoxsa "Tottenhem"?

8 May 2019 09:27
2 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Ayaks" və "Tottenhem" komandaları qitənin bir nömrəli klub turnirində həlledici oyuna sonuncu vəsiqə uğrunda cavab matçına çıxacaqlar. 

Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəldiyindən üstünlük onların tərəfindədir. İngilislər Amsterdamdakı qarşılaşmada geridönüş etməyə çalışacaqlar.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi finalda "Liverpul" ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.

8 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

23:00. "Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə)
İlk oyun - 1:0

7 may

"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.