İdman

Çempionlar Liqası: "Liverpul" möcüzəni reallaşdırdı! - VİDEO - FOTO

8 May 2019 03:31
13 Şərh     Baxış: 6 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İngiltərənin "Liverpul" klubu doğma meydanda İspaniyanın "Barselona" klubunu qəbul edib.

Oyun ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolar: D.Origi (7-ci və 79-cu dəqiqələr), C.Vaynaldum (54-cü və 56-cı dəqiqələr).

Beləliklə, "Liverpul" ikinci il ardıcıl olaraq UEFA Çempionlar Liqasının final mərhələsinə yüksəlib.

Qeyd edək ki, "Barselona"nın meydanında keçirilən görüş ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may

"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0

Origi, 7, 79, Viynaldum, 54, 56

Liverpul. "Enfild Roud" stadionu. Baş hakim: Cüneyt Çakır (Türkiyə)
ilk oyun - 0:3

"Liverpul": 13. Alisson Beker, 3. Fabinyo, 4. Vircil van Dayk, 7. Ceyms Milner, 10. Sadio Mane, 14. Cordan Henderson, 23. Cerdan Şakiri, 26. Endi Robertson, 27. Divok Origi, 32. Coel Matip, 66. Trend-Aleksandr Arnold

"Barselona": 1. Mark-Andre Ter Ştegen, 3. Cerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Busqets, 7. Filip Koutinyo, 9. Luis Suarez, 10. Lionel Messi, 15. Klemen Lanqle, 18. Jordi Alba, 20. Sergi Roberto, 22. Arturo Vidal

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.