İdman

"Ayaks"ın futbolçusu "Mançester Yunayted"in təklifini rədd etdi

7 May 2019 19:04
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ayaks"ın kapitanı Matteys de Liqt "Mançester Yunayted"ə transfer olmaqdan imtina edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi  "qırmızı şeytanlar"ın ona olan marağına baxmayaraq, İngiltərə klubunda oynamaq təklifini müsbət cavablandırmayıb. De Liqtin bu qərarı verməyində "MY"nın Çempionlar Liqasına vəsiqə qazanmamağı səbəb olduğu bildirilib.

"Real" və "Barselona"nın da heyətinə qatmaq istədiyi hollandiyalı futbolçunun mövsümün sonunda Amsterdam təmsilçisindən ayrılacağı gözlənilir.

Qeyd edək ki, Matteys De Liqt bu mövsüm "Ayaks"da 31 oyunda 3 qol vurub və 3 qol ötürməsi verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.