İdman

"Köln" yenidən Bundesliqada

7 May 2019 11:59
1 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Bundesliqanın 32-ci tur matçında "Köln" səfərdə Groiter "Fürth" komandasını 4:0 hesabı ilə darmadağın edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu qələbə "Köln"ə vaxtından əvvəl II Bundesliqanın qalibi olmaq və birinci diviziona vəsiqə qazanmaq şansı verib.

Köln çempionatın başa çatmasına iki tur qalmış "Paderborn 07" komandasını 8 xal qabaqlayır.

Beləliklə, "Köln" 2000-ci ildən bu yana artıq 6-cı dəfə Bundesliqaya vəsiqə qazanmış olub ki, bu da Avropanın aparıcı çempionatları arasında bir sinif yuxarı qalxmaq sayına görə rekorddur. Fransanın "Metz" klubunda bu say beşdir.

"Köln" komandası 1948-ci ildə təsis olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.