İdman

""Neftçi"nin çempion olması mümkün deyil" - Almeyda

6 May 2019 17:49
1 Şərh     Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Azərbaycan premyer Liqasının 27-ci turunda "Səbail" üzərində qazandığı 4:0 hesablı qələbə ilə çempionluğu rəsmiləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Riçard Almeyda qarşılaşmadan sonra fikirlərini bölüşüb.

"Gözəl hisslərdir. Mən "Qarabağ"a qayıdanda "Neftçi"dən 5 xal geridə idik. Amma biz özümüzə inanırdıq. Yaxşı çalışdıq. Böyük arzumuz var idi. Çempion olduq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq".

30 yaşlı yarımmüdafiəçi komandasının uğur qazanmasının səbəbindən söz açıb: "Biz 6-7 ildir bir yerdə oynayırıq. Əlbəttə, bir-birimizi yaxşı tanıyırıq və bu, bizim üstünlüyümüzdür. "Neftçi"nin çempion olması mümkün deyil. Ancaq çempionluq son oyuna qalsaydı, hər şey tamam fərqli ola bilərdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.