İdman

Avropa Liqasının final oyunu üçün Azərbaycana gələcək azarkeşlərlə bağlı nazirdən AÇIQLAMA

6 May 2019 10:09
Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının final oyunu ilə bağlı Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov qeyd edib ki, Bakıda otellərdə 17 mindən artıq otaq var: "Nəzərə alsaq ki, bəzi otaqlarda 2 nəfər qala bilər, bu, onu göstərir ki, azarkeşlər otellərdə tam şəkildə yerləşdirə bilərlər".

Gənclər və idman naziri daha sonra əlavə edib: "Təcrübə göstərir ki, Bakıda son illər çox sayda mənzillər də qonaqlara kirayəyə verilir. Bunun üçün xüsusi saytlar fəaliyyət göstərir. Formula 1 yarışına baxmaq üçün gələn qonaqlar da bu mənzillərdən tam şəkildə istifadə ediblər. Yenə də turistlər bu mənzillərdən istifadə edəcəklər".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.