İdman

"Mançester Yunayted" Çempionlar Liqası şansını əldən verdi - VİDEO - FOTO

6 May 2019 11:25
0 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 37-ci turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Haddersfild"lə 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra "qırmızı şeytanlar" ilk 4-lük şansını qaçırıb. Sona 1 tur qalmış Mançester təmsilçisi 4-cü pillədəki "Tottenhem"dən 4 xal geridir.

Premyer Liqada turnir cədvəlinə 94 xalla "Liverpul" başçılıq edir. Bir oyunu ehtiyatda olan "Mançester Siti" 92 xalla 2-cidir. "Çelsi" 71 xalla 3-cü, "Tottenhem" 70 xalla 4-cü, "Arsenal" 67 xalla 5-ci, "Mançester Yunayted" 66 xalla 6-cıdır. 15 xalı olan "Haddersfild" 20-ci sırada qərarlaşıb.

"Haddersfild" - "Mançester Yunayted" - 1:1

Qollar: Mbenza, 60 - Maktominey, 8

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.