İdman

"Qarabağ" 7-ci dəfə Azərbaycan çempionu olub

5 May 2019 20:04
4 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" klubu Azərbaycanın futbol üzrə Topaz Premyer Liqasının 2018/2019 mövsümünün çempionu olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Premyer Liqasının 27-ci turu çərçivəsində Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail" klubunu qəbul edib.

Oyun "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, "Qarabağ" aktivindəki xalların sayını 63-ə çatdıraraq ən yaxın izləyicisi olan "Neftçi" (58 xal) üçün çempionatın yekunlaşmasına 1 tur qalmış əlçatmaz olub və çempionluğa nail olub.

"Qarabağ" - "Səbail" - 4:0

Qollar: Markos Madera, 21; Mahir Mədətov, 42, 69, 87

Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: İlham Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu

"Qarabağ": 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 9. Araz Abdullayev, 20. Riçard Almeyda, 77. Donald Gerye, 19. Filip Ozobiç, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov

Baş məşqçi: Qurban Qurbanov

"Səbail": 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 14. Rahid Əmirquliyev (k), 11. Ruslan Qurbanov, 33. Tome Kitanovski, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 28. Kevin Kubemba, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli

Ehtiyat oyunçular: 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 4. Enrike Perilyo, 21. Oke Akpoveta, 9. İmanol İriberri, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.