İdman

Valverde əsas heyətə istirahət verəcək

4 May 2019 12:59
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" İspaniya La Liqasının 36-cı turunda "Selta" ilə qarşılaşacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi səfər oyununa ikinci heyətlə çıxacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mayın 7-də Çempionlar Liqasının yarımfinalının cavab oyunu çərçivəsində (ilk oyun 3:0) Liverpool-la qarşılaşacaq "Barselona"da komandanın əsas üzvlərinə istirahət veriləcək.

Baş məşqçi Ernesto Valverde "Selta" ilə matçda İnyaki Penya, Mussa Baqe, Oriol Buskets, Aleks Kollado, Riki Puç, Karles Peres və Abel Ruis kimi gənc futbolçulara şans verəcək.

Qeyd edək ki, "Selta" - "Barselona" matçı bu gün, saat 22:45-də start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.